İsrailin xarici işlər naziri İsrail Katz Almaniyanın İsrail dövlətini lazımi silahlarla təmin edəcəyinə ümid etdiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Katz “Bild” qəzetinin baş redaktorunun müavini Paul Ronzheimerə müsahibəsində deyib.
“Ümid edirəm ki, Almaniya İsrailə lazım olan dəstəyi edəcək. Açıqca deyə bilərəm ki, biz Dəmir Qübbə havadan müdafiə sistemini Almaniyaya təxminən 4,5 milyard avroya satırıq. Biz Almaniyaya, Almaniyanın İsrailə verdiyindən qat-qat çox hərbi silah tədarük edirik”, – Katz vurğulayıb.