Xəbərlər

Yunanıstanın Baş naziri Zelenski ilə müqavilə imzalayıb

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Şurasının sammiti çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yunanıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Sənədin bağlanması Yunanıstan və Avropa İttifaqının (Aİ) Ukraynanın təhlükəsizliyinə uzunmüddətli dəstək haqqında “G7″ Birgə Bəyannaməsinə, habelə iyunun 27-də imzalanmış müvafiq Aİ-Ukrayna sazişinə uyğun edilir. 2024-cü ildə Brüsseldə keçiriləcək Avropa Şurasının iclası çərçivəsində bu saziş Yunanıstanın Ukraynanın bərpası səylərində fəal iştirakına yol açacaq” – mətbuat xidməti qeyd edib.