İsrailin xarici işlər naziri İsrail Katz Fələstin hərəkatı HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Yahya Sinvarın İsrail əsgərləri tərəfindən öldürüldüyünü təsdiq edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail mətbuatı məlumat yayıb.
“2023-cü il, oktyabrın 7-də baş vermiş qətliama görə məsuliyyət daşıyan Sinvar İsrail ordusunun əsgərləri tərəfindən öldürülüb”, – Katz deyib.
Katzın sözlərinə görə, Sinvarın məhv edilməsi əsirlərin dərhal azad edilməsinə, HƏMAS-ın anklavdakı hakimiyyətinin sona çatmasına və Qəzza bölgəsində yeni reallığa yol açır.
Qeyd edək ki, bundan əvvəl sosial mediada Yəhya Sinvarın öldürülməsi iddia edilirdi.