Xəbərlər

Almaniya livanlı qaçqın və məcburi köçkünlərə 60 milyon avro ayıracaq

Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Livandakı döyüşlər nəticəsində didərgin düşmüş insanlara yardımı artıracaq. Belə ki, Bundestaqın Büdcə Komitəsi nazirliyin tələbinə uyğun olaraq büdcədən 60 milyon avro məbləğində vəsait ayrılmasını təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi məlumat yayıb.

Nazirlik Livan və Suriya üçün əlavə vəsaiti su və kanalizasiya, məşğulluq proqramları ilə bağlı infrastrukturun genişləndirilməsinə kömək etmək məqsədilə istifadə etmək niyyətindədir.

“Livan son eskalasiyadan əvvəl də çətin vəziyyətdə olub. Adambaşına dünyanın hər hansı digər ölkəsindən daha çox qaçqın qəbul edən ölkədir. Bombardman onsuz da gərgin olan vəziyyəti ölçüyəgəlməz dərəcədə ağırlaşdırır”, – məlumatda qeyd edilib.

Nazirliyin məlumatına görə, 740 mindən çox insan Livana, 280 mindən çox insan Suriyaya qaçıb.