İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağı və Livanda təxminən 150 hədəfə zərbələr endirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, zərbələrin hədəfi silah anbarları, yeraltı keçidlər, snayper mövqeləri, müşahidə qüllələri və düşmənin şəxsi heyəti olub.