Xəbərlər

Türkiyə İraqın şimalında 11 terrorçunu məhv edib

Türkiyə ordusu İraqın şimalında PKK-nın 11 terrorçusunu məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi “X”də məlumat yayıb.

“İraqın şimalında Hakurk bölgəsində aşkarlanan 10, Metina bölgəsində isə 1 PKK terrorçusu məhv edilib”, – məlumatda qeyd olunub.

Bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi bir həftə ərzində keçirilən əməliyyatlar nəticəsində 45 terrorçunun öldürüldüyünü bildirib.