İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı hava hücumları zamanı Hizbullah hərəkatının 3 səhra komandirini öldürüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Tibnin bölgəsinə zərbələr endirib və Hizbullahın Cənub Cəbhəsinin yüksək səviyyəli komandiri Abbas Salamı öldürüb. Bundan əlavə, Hizbullahın kommunikasiya üzrə yüksək səviyyəli eksperti Rada Abbas Avada və Hizbullahın silah istehsalı bölməsinin rəhbəri Əhməd Əli Hüseyn də məhv edilib”, – məlumatda bildirilib.