Cənubi Koreya ordusu və Qətər Silahlı Qüvvələri ərəb dövlətinin ərazisində birgə hərbi təlimlər keçirir.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyadan olan mənbələrinə istinadən məlumat yayıb.
Bundan əvvəl 100 Cənubi Koreya əsgəri 4 ədəd K2 tankı və 4 ədəd K9A1 Thunder özüyeriyən silahı desant gəmisi ilə Qətərə gəlib.
Bu, tanklardan və özüyeriyən artilleriyadan istifadə etməklə, Koreya Respublikasının quru qoşunları üçün ilk xaricdə keçirilən təlimdir.