Xəbərlər

İsrail Livanın cənubundakı raket qurğularını məhv edib

İsrail Müdafiə Qüvvələrinin əsgərləri Livanın cənubunda reydlər zamanı raket buraxılış qurğularını məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Biz həmçinin Hizbullah terrorçularını, o cümlədən təşkilatın komandirlərini məhv etdik”, – məlumatda bildirilib.