“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ukraynadakı münaqişənin həlli və hərbi əsirlərin mübadiləsi üçün səylərini davam etdirəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Kremldə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı deyib.
“BƏƏ humanitar məsələlərdə vasitəçilik və hərbi əsirlərin mübadiləsi çərçivəsində səylərini davam etdirir, münaqişəni hər iki tərəfin maraqları naminə həll etməyə çalışır”, – BƏƏ lideri qeyd edib.