İran İsrailin Tehrana qarşı mümkün hərbi təcavüzünün nəticələrinə, habelə regional və beynəlxalq təhlükəsizlik təhdidlərinə görə ABŞ-ın tam məsuliyyət daşıyacağını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin BMT Təhlükəsizlik Şurasına və baş katib Antonio Quterreşə göndərdiyi məktubda qeyd olunub.
“ABŞ öz hərəkətləri ilə regionda sülhü pozur və İsrail təcavüzünün mümkün nəticələrinə görə məsuliyyət daşıyır”, – İrəvani vurğulayıb.
O qeyd edib ki, Vaşinqton İsrailə qabaqcıl silahlar və texniki dəstək verir və bu, vəziyyətin gərginləşməsinə kömək edir.