Xəbərlər

Livandan İsrailə 20-yə yaxın raket atılıb

İsrail Müdafiə Qüvvələri Livandan İsrailə doğru 20-yə yaxın raketin buraxıldığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsaril ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrailin mərkəzində hava hücumu barədə siqnallar səsləndikdən sonra Livandan atılan təxminən 20-yə yaxın raket müəyyən edildi. Raketlərin əksəriyyəti zərərsizləşdirilib, biri isə qeyri-yaşayış sahəsinə düşüb”, – deyə açıqlamada bildirilir.