Xəbərlər

Çin Livana tibbi ləvazimat göndərib

Çin İsrailin hücumlarından əziyyət çəkən Livana dəstək məqsədilə tibbi ləvazimat göndərib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

3 min 601 qutu tibbi ləvazimat daşıyan yük təyyarəsi bu gün səhər saatlarında Livanın paytaxtı Beyruta çatıb.

Qeyd edilib ki, tibbi ləvazimatlara anesteziya dərmanları, tənəffüs boruları, cərrahi xalatlar, oksigen maskaları və s. ​​kimi avadanlıqlar daxildir.