Xəbərlər

KİV: Suriyada ABŞ-ın bazasına dörd raket atılıb

Suriyanın Deyr ez-Zor əyalətində yerləşən Konoko neft və qaz sahəsinin yaxınlığında ABŞ Silahlı Qüvvələrinin bazasının ərazisinə ən azı dörd raket düşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbatı məlumat yayıb.

Məlumata görə, hücumun əsas hədəfi müəssisənin ərazisində fəaliyyət göstərən hərbi radar olub.

Əlavə edilib ki, cavab olaraq ABŞ ordusu Suriya qoşunlarının nəzarətində olan yaxınlıqdakı yeddi kəndi bombardman edib.