Xəbərlər

Ermənistan parlamenti sərhəd delimitasiya komissiyalarının işinin qaydalarını təsdiqləyib

Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işinin prosedur qaydalarını təsdiq edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat paylaşıb.

Sənəd ölkənin Milli Məclisinin müzakirələri zamanı qəbul edilib.

“Sənədin ratifikasiyasına 67 deputat səs verdi, qərar qəbul edildi”, – spiker Alen Simonyan deyib.