Xəbərlər

Blinken və Qallant İrana qarşı mübarizəni müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken Tel-Əvivdə keçirilən görüşdə İsrailin müdafiə naziri Yoav Qallant ilə İrana qarşı mübarizəni müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirilib.

“Dövlət katibi İranın misli görünməmiş ballistik raket hücumuna cavab da daxil olmaqla, ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib. Həmçinin onlar israillilər və fələstinlilər üçün uzunmüddətli sülhün təmin edilməsi ilə yanaşı, bütün girovların azad edilməsinin və Qəzza zolağında münaqişəyə son qoyulmasının vacibliyini də müzakirə ediblər”, – məlumatda qeyd olunub.