Fələstin Mülki Müdafiəsi Qəzza zolağının şimalında fəaliyyətini dayandırmağa məcbur olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “WAFA” xəbər agentliyi məlumat yayıb.
“Mülki müdafiə sektorun şimal hissəsində işinin tamamilə dayandığını, orada vəziyyətin fəlakətli olduğunu və vətəndaşların humanitar yardım olmadan həyatına çətin şərtlər altında davam etdiyini bildirdi”, – məlumatda qeyd olunub.