ABŞ-ın vitse-prezidenti, Demokratların ölkənin ən yüksək dövlət postuna namizədi Kamala Harris rəqibi Donald Trampı faşist adlandırıb.
“Füyuzat”ın məlumatına görə, o bu barədə çərşənbə günü CNN telekanalında danışarkən bildirib.
Müxbirin “Trampı faşist hesab edirsinizmi?” sualına Harris belə cavab verib: “Bəli, mən belə düşünürəm. Və inanıram ki, bu məsələdə onu ən yaxşı tanıyanlara etibar etməlisən. Trampın ətrafındakıların karyerasına bir daha baxın”.