Xəbərlər

Livandan İsrailə 50 raket atılıb

“İsrailin şimalına edilən son hücumda Livandan İsrailə 50-yə yaxın raket atılıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Raketlərin bəziləri zərərsizləşdirilib”, – mətbuat xidməti əlavə edib.

Hizbulahın hücumlarına görə Yuxarı və Qərbi Qaliley bölgəsində hava həyəcanı elan edilib.