“Bəzi BMT rəsmiləri BRİCS sammitinə üstünlük veriblər. Buna baxmayaraq, dünya BMT Nizamnaməsinin məqsəd və prinsiplərini unutmur”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Oktyabrın 24-ü dünya Birləşmiş Millətlər Təşkilatı Gününü qeyd edir. Və elə həmin gün Kazana BRİCS sammitinə gedən BMT-nin baş katibi Antonio Quterreş Rusiya Prezidenti Volodimir Putinlə görüşüb. Birləşmiş Millətlər Təşkilatı günündə dünyanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərini və bu təşkilatın hansı məqsədlər üçün yaradıldığını unutmaması vacibdir. Hətta onun bəzi funksionerləri BMT Nizamnaməsinin məzmunundan daha çox Kazanın vəsvəsələrini üstün tutsalar da, dünyamız elə qurulub ki, millətlərin hüquqları və beynəlxalq hüquq normaları önəmlidir və əhəmiyyət kəsb edir, edəcək də”, – Zelenski vurğulayıb.