“Əvvəllər Qərblə sıx münasibətlərdə maraqlı olan ölkələrin Kazanda keçirilən BRİCS sammitində iştirakı Avropa İttifaqının (Aİ) “başqalarını öyrətməyi” dayandırıb, onlara hörmət göstərməyə başlamasının vaxtının çatdığını göstərir”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.
Avropa Şurası rəhbərinin sözlərinə görə, ənənəvi olaraq Qərblə sıx əlaqələri olan bu ölkələr “Kazana gəlmək seçimini ediblərsə, deməli, onlar dünyanın qalan hissəsinə mesaj vermək istəyiblər”.