Xəbərlər

Qırmızı kateqoriyada axtarılan PKK terrorçusu məhv edilib

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Mardin şəhərində keçirilən əməliyyatda qırmızı kateqoriya ilə axtarılan PKK/KCK terrorçusu Ramazan Aktaşın məhv edildiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Yerlikaya qeyd edib ki, “Gürz-19” əməliyyatı çərçivəsində Mardin şəhərinin Artuklu rayonunda bir evdə həyata keçirilən əməliyyat zamanı toqquşma baş verib. Nəticədə terror təşkilatının üzvü Aktaş zərərsizləşdirilib.