İsrailin şimalına edilən son hücumda Livandan İsrailə ən azı beş raket atılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Raketlərin bəziləri zərərsizləşdirilib. Bundan əlavə, yaşayış olmayan ərazilərə mərmilərin düşməsi faktı qeydə alınıb”, – mətbuat xidməti əlavə edib.
İsrail ordusu qeyd edib ki, hadisə ilə əlaqədar Hayfa şəhəri və Yuxarı Qaliley bölgəsində hava hücumu xəbərdarlığı elan edilib.