Xəbərlər

Hindistan və Çin sərhəddən qoşunlarını geri çəkməyə başlayıb

Hindistan və Çin Şərqi Ladaxın Faktiki Nəzarət Xəttində (LAC) Depsanq və Demçok bölgələrindəki qoşunlarını qarşılıqlı şəkildə geri çəkməyə başlayıblar.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of India” mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Hindistan və Çin hərbçiləri bu ərazilərdə 2020-ci ilin mayında sərhəd münaqişəsindən sonra ucaldılmış müvəqqəti postları və tikililəri sökürlər. Depsanq və Demçok bölgələrində bu strukturların sökülməsi və qoşunların çıxarılması prosesi iki həftə çəkəcək.

Qeyd edək ki, Himalay dağlarında Hindistan və Çin arasında demarkasiya edilmiş sərhəd yoxdur və iki ölkə onilliklər ərzində gərginlik mənbəyinə çevrilən Faktiki Nəzarət Xətti ilə ayrılır.