Oktyabrın 23-də Ankarada törədilən terror aktına görə məsuliyyəti PKK üzərinə götürüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sözcü” PKK-nın bəyanatına istinadən məlumat yayıb.
Hücumun PKK-nın hərbi qanadı sayılan “Ölümsüz Batalyon” adlanan qruplaşmanın silahlıları tərəfindən həyata keçirildiyi qeyd edilib.
Həmçinin ehtimal edilir ki, terror aktı çoxdan planlaşdırılıb.