Livanın cənubunda yerləşən Tir şəhəri İsrail Hərbi Hava Qüvvələrinin atəşinə məruz qalıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin Milli İnformasiya Agentliyi məlumat yayıb.
Verilən məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.
Dağıntıların təmizlənməsi işlərinə yerli mülki müdafiə xidmətinin və Livan Qızıl Xaç Cəmiyyətinin nümayəndələri cəlb olunub.