Hindistan və İspaniyanın baş nazirləri Narendra Modi və Pedro Sançes Fələstinin BMT-yə üzvlüyünü dəstəklədiklərini bildiriblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə İspaniya hökuməti başçısının Nyu-Dehli səfəri ilə bağlı qəbul edilən birgə bəyanatda deyilir.
Sənəddə deyilir: “Modi və Sançes Yaxın Şərqdə təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər və bütün maraqlı tərəfləri təmkinli olmağa çağırıblar. Onlar bütün məsələlərin dialoq və diplomatiya yolu ilə həllinə səsləyiblər”.
“Tərəflər İsrail ilə sülh və təhlükəsizlik şəraitində yan-yana, təhlükəsiz və qarşılıqlı tanınan sərhədlər daxilində yaşayan, suveren, yaşaya bilən və müstəqil Fələstin Dövlətinin yaradılmasına aparan iki dövlətli həll variantının həyata keçirilməsinə sadiq olduqlarını və dəstəklədiklərini təsdiq etdilər”, – birgə bəyanata əlavə edilib.