Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İsrailə girişi qadağan edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Today in Israel” portalı məlumat yayıb.
Bildirilib ki, müvafiq qərar İsrail Knessetinin iclasında qəbul edilib.
Qanun layihəsi həm iqtidar koalisiyasının, həm də müxalifətin deputatları tərəfindən dəstəklənib.