Xəbərlər

Yunanıstan Türkiyə ilə quru sərhədinə daha 150 sərhədçi göndərəcək

“Yunanıstan-Türkiyə quru sərhədində yerləşən Evros bölgəsində tikilən baryer hasarı qeyri-qanuni miqrantların ölkəyə girişinin qarşısının alınmasında 100% effektivdir və bu bölgədə sərhədə əlavə 150 sərhədçi göndərilərək onların sayı 600-ə çatdırılacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis bazar ertəsi Evros bölgəsinə səfəri zamanı bildirib.

Gerapetritis şlaqbaumun tikintisinə baxış keçirib.

“Bu baryerlər milli və Avropa sərhədlərinin qorunması baxımından 100% effektivdir”, – deyə nazir bildirib.