Mərakeş kralı VI Məhəmməd ilə Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi İsrailin Qəzza zolağında və Livanın cənubunda hərbi əməliyyatları dərhal dayandırması üçün danışıqlar aparıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə monarxın dəftərxanasının dərc etdiyi kommünikedə bildirilib.
“İki dövlət başçısı Qəzza və Livanda hücumları dərhal dayandırmağa çağırıb. Mülki əhalinin müdafiəsi, kifayət qədər humanitar yardımın çatdırılmasının təmin edilməsi və sadələşdirilməsi, həmçinin regional münaqişənin dayandırılması prioritet kimi göstərilib”, – kommünikedə qeyd olunub.