Xəbərlər

Hizbullahın yeni baş katibi İsrailə qalib gələcəklərinə söz verib

Naim Qasım Hizbullahın yeni baş katibi seçildikdən sonra ilk dəfə tərəfdarlarına etdiyi çıxışında İsrail üzərində qələbə vəd edib.

“Füyuzat”ın məlumatına görə, o həmçinin təşkilatın mərhum lideri Həsən Nəsrullahın kursunu davam etdirəcəyinə söz verib.

Hərəkat rəhbəri qeyd edib ki, Hizbullah Qəzza zolağında Fələstin müqavimətinə dəstəyini də dayandırmayacaq.