Xəbərlər

Yaponiyanın Baş naziri Çin lideri ilə görüşə hazırlaşır

Yaponiyanın Baş naziri Şiqeru İşiba noyabrda keçirilmə ehtimalı olan Çin Prezidenti Si Cinpinlə ilk görüşü üçün hazırlıqlara başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, görüş noyabrın 15-16-da Peruda baş tutacaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində və ya noyabrın 18-19-da Braziliyada keçiriləcək G20 sammitində baş tuta bilər.