Xəbərlər

Belarus Rusiyanın 3 şəhərində Baş konsulluq açacaq

“2025-ci ildə Belarus Nijni Novqorod, Kalininqrad və Vladivostokdakı diplomatik nümayəndəliklərinin statusunu dəyişəcək. Bu şəhərlərdə səfirlik filiallarını bağlayaraq, Baş konsulluqlar açacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, Nijni Novqorodda və Vladivostokda Baş konsulluğun 2025-ci il sentyabrın 1-dək, Kalininqradda isə iyunun 1-dək açılacağı gözlənilir.