Xəbərlər

Mirzoyan: Bəzi məsələlərdə Rusiya ilə fikir ayrılıqları var

Rusiya Federasiyası ilə münasibətlərimiz çox şəffafdır, bizi güclü iqtisadi əlaqələr birləşdirir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyada büdcə layihəsinin ilkin müzakirəsi zamanı bildirib.

“Bəzi xarici siyasət məsələlərində fikir ayrılıqları var, biz həmişə bir-birimizin fikirlərini bölüşmürük. Bu, bizim birləşdiyimiz ayrıca 1-2 platformaya, məsələn, KTMT-yə aiddir”, – deyə o bildirib.

O, Ermənistanın bu məsələyə münasibətinin də məlum olduğunu vurğulayıb.

“Biz hesab edirik ki, KTMT Ermənistanın sərhədlərinə və suveren ərazisinə qarşı hərbi təcavüzə lazımi cavab vermədi və s. Amma qeyd etdiyim kimi, bizim əməkdaşlığı davam etdirdiyimiz bir sıra istiqamətlər var, məsələn, Avrasiya İqtisadi İttifaqı çərçivəsində”, – nazir vurğulayıb.