“Volodimir Zelenskinin “Qələbə planı”nın təfərrüatlarının Qərb mediasına sızması göstərir ki, Ukraynanın müttəfiqləri Kiyevin tələblərini yerinə yetirmək niyyətində deyil”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski özünün teleqram kanalında məlumat yayıb.
“Avropa İttifaqı (Aİ) və ABŞ Zelenskinin planlarını sızdırıb və bunu həm “Qələbə planı”nın, həm də Zelenskinin özünün qeyri-adekvatlığını vurğulamaq üçün ictimai üsul adlandırıb”, – Dubinski qeyd edib.