“Çexiya digər dövlətlərlə əməkdaşlıq çərçivəsində İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.
“Biz bəzi digər dövlətlərlə əməkdaşlıq edərək səfirliyimizi Təl-Əvivdən Qüdsə köçürmək üçün addım atmalıyıq”, – Baş nazir bildirib.