Xəbərlər

Borrell Yaponiyaya səfər edəcək

“Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Yaponiya-Avropa İttifaqı Xarici və Təhlükəsizlik Siyasəti üzrə Strateji Dialoqun ilk iclasında iştirak etmək üçün Yaponiyaya səfər edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, danışıqlarda Yaponiya ilə Aİ arasında əməkdaşlıq, xüsusilə də təhlükəsizlik sahəsində əməkdaşlıq, beynəlxalq və regional xarakterli məsələlər müzakirə olunacaq.