Xəbərlər

KİV: ABŞ-ın Hindistana qarşı sanksiyaları münasibətlərdə gərginliyi artıracaq

“ABŞ-ın yeni sanksiya siyahısına 19 Hindistan firması və 2 Hindistan vətəndaşını daxil etməsi ikitərəfli münasibətlərdə gərginliyə səbəb olacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Financial Express” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar Hindistan-ABŞ münasibətlərində yeni bir gərginliyə səbəb olan Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəklədiyi iddiası ilə dünyada 400-ə yaxın qurumun siyahısına Hindistanın 19 özəl firmasını və 2 vətəndaşını da əlavə edib.