İsrail Hərbi Hava Qüvvələri bu gün Livanın cənubunda və Qəzza zolağında 200-ə yaxın müxtəlif hədəfə hücum edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, zərbələr Qəzzada fəaliyyət göstərən Livanın Hizbullah təşkilatı və Fələstinin HƏMAS hərəkatının obyektlərinə – komanda məntəqələrinə, raket qurğularına və hərbi infrastrukturun digər elementlərinə endirilib.