Şimali Koreya dünyanın ən güclü strateji raketi olaraq xarakterizə etdiyi “Hwasong-19” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Şimali Koreya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, 7687 kilometr rekord hündürlüyə çatan və 85 dəqiqə ərzində 1000 kilometr məsafəni qət edən raketin Şərqi Çin dənizi sahillərində əvvəlcədən müəyyən edilmiş hədəfi müvəffəqiyyətlə vurduğu bildirilib.
Verilən məlumata görə, bu raket sınağı qonşu ölkələrin təhlükəsizliyinə heç bir mənfi təsir göstərməyib.