İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Livanda və Qəzza zolağında 120-ə yaxın müxtəlif hədəflərə hücum edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, hücum edilən hədəflər raket buraxılış qurğuları, silah anbarları və komandanlıq mərkəzləri də daxil olmaqla hərbi infrastrukturun elementləri olub.