Hizbullah İsrailin şimalındakı Elyakim hərbi təlim düşərgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
“Füyuzat”ın məlumatına görə, təşkilat bu barədə “Telegram” kanalında məlumat yayıb.
“Müqavimət qüvvələri Şimal Hərbi Dairəsinin Elyakim təlim düşərgəsinə hücum edən və bütün hədəfləri dəqiqliklə vuran PUA-ları işə salıb”, – məlumatda bildirilib.
Verilən məlumata görə, ilk hədəf Hayfa yaxınlığında yerləşən və dəqiq idarə olunan raketlərin atıldığı İsrail Hərbi Hava Qüvvələrinin təmir-texniki bazası olub.