Xəbərlər

Ersin Tatar Türk Dövlətləri Təşkilatının sammitində iştirak edəcək

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatarın noyabrın 6-da Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (OTT) növbəti sammitində iştirak edəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Təşkilata üzv olan beş dövlətin – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Respublikasının rəhbərləri, eləcə də təşkilatın müşahidəçi ölkələrinin rəhbərləri növbəti sammitdə iştirak edəcəklər”, – məlumatda qeyd olunub.