Xəbərlər

Zelenski: Kurskda artıq 11 min Şimali Koreya əsgəri var

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna kəşfiyyatının məlumatlarına istinadən iddia edib ki, Rusiyanın Kursk vilayətində artıq Şimali Koreyadan olan 11 min hərbçi var.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukraniya mətbuatı məlumat yayıb.

“Bu gün Rusiya ərazisində olan Şimali Koreya ordusu ilə bağlı Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətindən ayrıca hesabat aldım. Kursk bölgəsinə artıq 11 min əsgər gəlib. Biz Şimali Koreya hərbçilərinin sayının artdığını görürük, ancaq tərəfdaşlarımızın bu məsələyə reaksiyasında artım görmürük”, – deyə “İnterfaks-Ukrayna” Zelenskidən sitat gətirib.