Xəbərlər

Vuçiç: Rusiya Qərbdən fərqli olaraq Serbiyanı bombalamadı

“Bütün dünya güclərinin Balkan respublikasında öz maraqları var, lakin Rusiyanın Belqradı bombalamadığını və Kosovonu serblərdən almadığını xatırlamaq lazımdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Happy TV” kanalına müsahibəsində deyib.

“Biz başa düşməliyik ki, bütün dünya güclərinin öz maraqları var. Hamı bizim onlara tabe olmağımızı istəyir, heç kim bizim müstəqil olmağımızı istəmir. Bizi bombalayan Rusiya deyil, Kosovonu bizdən alan Rusiya deyil”, – Vuçiç bildirib.