“Türkiyə bir vaxtlar Avropa İttifaqına (Aİ) qəbul olunsaydı, Böyük Britaniya Aİ-dən çıxmazdı”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Yeni Şafak” qəzetinə açıqlamasında deyib.
“Türkiyə Aİ-də olsaydı, “Brexit” olmazdı. Böyük Britaniya Aİ-dən çıxmazdı. Avropa İttifaqı həm də təhlükəsizlik baxımından ağırlıq mərkəzinə çevrilə bilərdi. Aİ-yə üzvlük məsələsində məsafəni qət etmək çətindir. Bu, bizimlə bağlı deyil, onların daxili əlaqələri ilə bağlıdır”, – nazir qeyd edib.