Xəbərlər

Lukaşenko Trampı təbrik edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus mətbuatı məlumat yayıb.

“Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu il görünməmiş mübarizə şəraitində keçən səsvermənin nəticələri sizin şəxsi şücaətinizin təcəssümü oldu. Siz bunu ilk növbədə Amerika və onun vətəndaşları adına həyata keçirdiniz. Sizə möhkəm cansağlığı, Amerikanı yenidən “möhtəşəm” edəcək ağıllı siyasi qərarlar arzulayıram”, – Lukaşenkonun təbrikində deyilir.