Yaponiyanın Baş naziri Şiqeru İşiba və ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp telefon danışığı aparıb. Tərəflər iki ölkə arasındakı ittifaqın daha da gücləndirilməsi üçün əməkdaşlıq etmək niyyətlərini açıqlayıblar.
“Füyuzat”ın məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi deyib.
“Telefon danışığı zamanı Baş nazir İşiba Trampı prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib. İşiba və Tramp Yaponiya-ABŞ müttəfiqliyini yeni zirvələrə çatdırmaq üçün əməkdaşlıq etmək niyyətlərini təsdiq ediblər. Tərəflər yaxın vaxtlarda şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər”, – məlumatda bildirilib.