Xəbərlər

Rusiyadan Livana humanitar yardımın üçüncü partiyası çatdırılıb

Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Beyruta 24 ton humanitar yardım çatdırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Rusiya FHN-nin “İl-76″ xüsusi təyyarəsi ümumi çəkisi təxminən 24 ton olan humanitar yükləri, o cümlədən dərman, ərzaq, uşaq əşyaları və ilkin tələbat mallarını Beyruta çatdırıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, yardım Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə göndərilib.