Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris prezident seçkilərində məğlub olmasına baxmayaraq, Birləşmiş Ştatların gələcəyi üçün mübarizəni davam etdirəcəyinə söz verib.
“Füyuzat”ın məlumatına görə, bunu Kamala Harris jurnalistlərə açıqlamasında deyib.
“Biz bu mübarizəni seçki məntəqələrində, məhkəmələrdə və ictimai meydanda davam etdirəcəyik və bunu daha sivil yollarla aparacağıq. İndi təşkilatlanmanın, səfərbərliyin və azadlıq uğrunda mübarizə aparmağın vaxtıdır”, – Harris bildirib.